OYU-da təhsil alan və istehsalat təcrübəsinə yönləndirilmiş tələbələr üçün təlimlər keçirilmişdir

04 Aprel, 2024

OYU-da təhsil alan və istehsalat təcrübəsinə yönləndirilmiş tələbələr üçün təlimlər keçirilmişdir
Odlar Yurdu Universitetinin İqtisadiyyat və idarəetmə fakültəsinin IV kursunda təhsil alan və istehsalat təcrübəsinə yönləndirilmiş tələbələr, bilik və bacarıqlarının artırılması üçün Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində olan Dövlət Məşğulluq Agentliyinin təşkilatçılığı, Azərbaycan Respublikasının Gənclər Fondu, Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqının və Təhsil Tələbə Krediti Fondunun tərəfdaşlığı ilə həyata keçirilən "İrəliləyiş" layihəsi üzrə "Yumşaq bacarıqlar" təlimlərinə cəlb edilmişlər.
“Yumşaq bacarıqlar” təlimləri “Liderlik və komandada iş”, “Məqsədlərin təyin olunması və özünü yaxşı dərk”, “Ünsiyyət bacarıqları və tənqidi təfəkkür”, “Şəxsi brend və resursların idarə edilməsi”, “CV və istək məktubunun hazırlanması”, “Effektiv iş axtarışı və müsahibəyə hazırlıq”, “Əmək bazarı və gələcəyin bacarıqları” mövzularını əhatə etmişdir.
Təlimlərin keçirilməsində məqsəd tələbələrin karyera bacarıqlarını inkişaf etdirərək, təcrübə proqramlarında iştirakını təmin etmək, əmək bazarına inteqrasiyasını gücləndirməkdir.
Odlar Yurdu Universitetinin İqtisadiyyat və idarəetmə fakültəsinin IV kurs tələbələrinin böyük həvəslə qoşulduğu təlimlər 2 gün davam etmişdir.