Odlar Yurdu Universitetinin İqtisadiyyat və iqtisadi münasibətlər kafedrasının müdiri i.e.d., professor Elşad Məmmədov CBC TV-nin “Günün iqtisadiyyatı” (“Экономика дня”) proqramının qonağı olmuşdur.
Proqramın mövzusu “Süni intellekt iqlim dəyişikliyi ilə mübarizəsi” haqqında idi.
Çıxış edən professor Elşad Məmmədov elmi-təşkilat komitəsinin üzvü olduğu və Odlar Yurdu Universitetinin təşkilatçılığı ilə keçiriləcək Scopus indeksli “Beynəlxalq Ağıllı Ətraf Mühit və Yaşıl Texnologiyalar Konfransı” (“ICSEGT2024”) haqqında da ətraflı məlumat vermişdir.
Verilişin videoyazısını sizlərə təqdim edirik: