OYU-da Fakültə Elmi Şurasının növbəti iclası keçirilmişdir

04 Aprel, 2024

OYU-da Fakültə Elmi Şurasının növbəti iclası keçirilmişdir
Odlar Yurdu Universitetində İqtisadiyyat və idarəetmə fakültəsinin dekanı, i.e.d., prof. Əli Əlirzayevin sədrliyi ilə Fakültə Elmi Şurasının növbəti iclası keçirilmişdir.
Gündəlikdə olan məsələlərə uyğun olaraq, kafedraların beynəlxalq əlaqələrinin təhlili, yaxşılaşması problemləri və Odlar Yurdu Universitetinin təşkilatçılığı ilə 12-13 aprel tarixində keçiriləcək "Ağıllı ətraf mühit və yaşıl texnologiyalar" mövzusunda Scopus indeksli Beynəlxalq Konfransda kafedralardan professor-müəllim heyətinin iştirakının mövcud vəziyyəti və problemləri barədə İqtisadiyyat və iqtisadi münasibətlər kafedrasının müdiri, i.e.d., prof. Elşad Məmmədov, Fakültə tələbələrinin dərsə davamiyyət göstəricilərinin müzakirəsi barədə İqtisadiyyat və idarəetmə fakültəsinin dekan müavini, dos. Babək Feyzullayev, Fakültə tələbələrinin ictimai fəaliyyətinin müzakirəsi barədə Tələbə Gənclər Təşkilatının sədri Sevgiyyə Əlizadə və Tələbə Elmi Cəmiyyətinin sədri Türkan Azəri məruzəçi kimi çıxışlar edərək, ətraflı məlumatlar vermişlər.
İclasda kafedraların professor-müəllim heyətinin, Tələbə Elmi Cəmiyyətinin, Tələbə Gənclər Təşkilatının və Tələbə Həmkarlar Təşkilatının nümayəndələri də gündəlikdə olan məsələlərin geniş müzakirəsində fəal iştirak etmişlər. Nəticədə, səsvermə yolu ilə gündəlikdə olan məsələlərin həll edilməsi ilə bağlı müvafiq qərarlar qəbul edilmişdir.