Dünyaca tanınmış alimlər Odlar Yurdu Universitetində

15 Aprel, 2024

Dünyaca tanınmış alimlər Odlar Yurdu Universitetində
Dünya şöhrətli alimlər, kanadalı prof. Witold Pedrycz və polşalı prof. Janusz Kacprzyk Odlar Yurdu Universitetinin qonağı olmuşlar.
Görüşdə universitetimizin rektoru, professor Əhməd Vəliyev qonaqları salamlayaraq Odlar Yurdu Universiteti, onun müasir maddi-texniki bazası və beynəlxalq əlaqələri barədə qonaqlara məlumat vermişdir.
Daha sonra alimlər Odlar Yurdu Universiteti ilə yaxından tanış olmuşlar.
Elmi Şuranın iclasında Odlar Yurdu Universitetinin rektoru, prof. Əhməd Vəliyev dünya şöhrətli kanadalı prof. Witold Pedryczi və polşalı prof. Janusz Kacprzyku iclas iştirakçılarına təqdim edərək, alimlərin universitetimizlə sıx əlaqələrinin olduğunu vurğulamışdır. Sonda alimlərə OYU-nun fəxri professoru adı verilərək, cənab rektor tərəfindən diplomlar təqdim olunmuşdur.
Fəxri qonaqlar Azərbaycana səfəri çərçivəsində Odlar Yurdu Universiteti ilə yaxından tanış olmaqlarından və universitetimizin təşkil etdiyi, "Scopus"da indekslənən “Ağıllı ətraf mühit və yaşıl texnologiyalar” adlı beynəlxalq elmi konfransdakı iştiraklarından böyük məmnunluq duyduqlarını bildirmişlər.
Qonaqlara universitetimiz tərəfindən xatirə hədiyyələri təqdim edilmişdir.
Görüşün sonunda xatirə şəkli çəkdirilmişdir.