OYU-nun rektoru Cənubi Rusiya Universitetinin (CRU) fəxri professoru diplomuna layiq görülmüşdür

16 Aprel, 2024

OYU-nun rektoru Cənubi Rusiya Universitetinin (CRU) fəxri professoru diplomuna layiq görülmüşdür
Rusiya Federasiyasın ilk özəl universiteti olan Cənubi Rusiya Universitetinin (CRU) rektoru, prof. İmran Əkbərov tərəfindən iki universitet arasında ənənəvi dostluq münasibətlərinin inkişafında və möhkəmlənməsində xidmətlərinə görə Odlar Yurdu Universitetinin rektoru, prof. Əhməd Vəliyevə Fəxri professor adı verilməsi haqqında Cənubi Rusiya Universitetinin (CRU) Elmi Şurasının 2024-cü il 29 fevral tarixli qərarını oxumuşdur.
Prof. İmran Əkbərov universitetimizin rektoruna Cənubi Rusiya Universitetinin (CRU) Fəxri professoru diplomunu, professor mantiyasını, habelə xatirə hədiyyələrini təqdim etmişdir.
Öz növbəsində OYU-nun rektoru, prof. Əhməd Vəliyev gələcəkdə də universitetlərimiz arasında bütün sahələrdə əlaqələrin daha da dərinləşəcəyinə əminliyini bildirmişdir. Rektorumuz bu ali təhsil müəssisəsinin fəxri professor adına layiq görülməsindən məmnun olduğunu söyləmiş, universitetin kollektivinə uğurlar arzulamışdır.
Sonda xatirə şəkli çəkdirilmişdir.