OYU-nun əməkdaşı "VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu”nda iştirak etmişdir

08 May, 2024

OYU-nun əməkdaşı "VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu”nda iştirak etmişdir
Odlar Yurdu Universitetinin Beynəlxalq münasibətlər və turizm kafedrasının müdir müavini Səbinə Əliyeva Bakıda keçirilən “Sülh və qlobal təhlükəsizlik naminə dialoq” mövzusunda VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu çərçivəsində “Müxtəlifliyin qorunması: multikultural dünyada çağırışlar və qlobal əməkdaşlığın təşviq edilməsi” mövzusunda XI panel sessiyasında iştirak etmişdir.
Qeyd edək ki, Forum Azərbaycan hökumətinin təşkilatçılığı, UNESCO-nun, BMT-nin Sivilizasiyalar Alyansının, Dünya Turizm Təşkilatı və ISESCO-nun tərəfdaşlığı ilə keçirilmişdir.
Tədbirdə 100-dən çox ölkəni təmsil edən 700 mötəbər qonaq iştirak etmişdir.