Odlar Yurdu Universiteti və ABŞ-ın Linkoln Universitetinin ikili diplom proqramı ilə Biznes İdarəetməsi və Marketinq ixtisasının məzunu, tanınmış araşdırmaçı və "Beyinix" neyromarketinq və araşdırma mərkəzinin rəhbəri, ekspert Orxan Şahbazın iştirakı ilə universitetimizdə “Şəxsi brendinq” mövzusunda təlim keçirilmişdir.
Tələbələrimizin iştirak etdiyi təlimdə Orxan Şahbaz insanlarla ünsiyyət qurma, iş prosesində inandırma, manipulyasiya və marketinq manevrlərinin tətbiqinin gənclərin gələcək karyeralarına olan təsirindən bəhs etmişdir.
Dövrümüz üçün aktuallığı ilə seçilən mövzu tələbələrin marağına səbəb olmuşdur.
Tədbirin yekununda təlimçi Orxan Şahbaz tərəfindən tələbələrin suallarını cavablandırılmışdır.
Sonda xatirə şəkli çəkdirilmişdir.