OYU-nun Psixologiya, Pedaqogika və Sosial fənlər kafedrasının müəlliminə dosent elmi adı verilmişdir

30 May, 2024

OYU-nun Psixologiya, Pedaqogika və Sosial fənlər kafedrasının müəlliminə dosent elmi adı verilmişdir
Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyasının qərarı ilə Odlar Yurdu Universitetinin Psixologiya, Pedaqogika və Sosial fənlər kafedrasının müəllimi, psix.f.d. Müşviq Hüseyn oğlu Mustafayevə elmi-pedaqoji fəaliyyətinə görə psixologiya elmi sahəsinin “6114.01 - Sosial psixologiya” ixtisası üzrə dosent elmi adı verilmişdir.
Bu münasibətlə universitetin bütün kollektivi adından Müşviq müəllimi ürəkdən təbrik edir və ona elmi fəaliyyətində yeni-yeni nailiyyətlər arzulayırıq!