OYU-da Elmi Şuranın növbəti iclası keçirilmişdir

07 İyun, 2024

OYU-da Elmi Şuranın növbəti iclası keçirilmişdir
Odlar Yurdu Universitetinin Elmi Şurasının növbəti iclası keçirilmişdir. İclası OYU-nun rektoru, prof. Əhməd Vəliyev açaraq gündəlikdə duran məsələləri iştirakçıların diqqətinə çatdırmışdır.
İlk olaraq çıxış üçün söz verilmişdir OYU-nun Aparat rəhbəri, prof. Heydər Qəmbərova. O, çıxış edərək, Odlar Yurdu Universitetində təşkil edilən yaz semestri imtahan sessiyasının gedişatı barədə iclas iştirakçılarını məlumatlandırmışdır.
İclasda çıxış edən OYU-nun Tədrisin təşkili və yeni təlim texnologiyaları üzrə prorektoru, dos. Qabil Qafarov 2024-2025-ci tədris ili üçün Odlar Yurdu Universitetinin bakalavriat və magistratura pilləsinə, həmçinin Odlar Yurdu Kollecinə qəbul məsələsinin gedişatı barədə iclas iştirakçılarına məlumat vermişdir.
Növbəti çıxışda OYU-nun Yaradıcılıq, mədəni layihələr və ictimai tədbirlərin təşkili institutunun rəhbəri Xatirə xanım Tağıyeva çıxış edərək bildirmişdir ki, Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin təşkilatçılığı ilə festival keçirilmişdir. Bu festivalda 26000 tələbədən 6 nominasiya üzrə yerlər müəyyən edilmişdir. Odlar Yurdu Universitetinin tələbələri bu festivalda müxtəlif nominasiyalar üzrə birinci yerlərə layiq görülmüşlər. Qeyd olunmuşdur ki, özəl universitetlər arasında universitetimiz bu qədər nominasiya üzrə birinci yerə layiq görülən yeganə universitet olmuşdur.
Elmi Şuranın iclasında Odlar Yurdu Universitetinin Humanitar, təhsil və dillər fakültəsinin dekanı, f.ü.f.d. Muxtarzadə Nuridə Zabit qızına Odlar Yurdu Universitetinin dosenti diplomu təqdim olunmuşdur.
Elmi Şuranın iclası cari məsələlərin müzakirəsi ilə yekunlaşmışdır.