Odlar Yurdu Universitetinin Psixoloji Diaqnostika İnstitutunda 1 illik "Psixoterapiya" proqramının iştirakçılarının məzun günü tədbiri keçirilmişdir. Odlar Yurdu Universiteti nəzdində yaradılmış Psixoloji Diaqnostika İnstitutunda 1 illik "Psixoterapiya" təkmilləşdirmə proqramı 9 modul və 3 aylıq təcrübədən ibarətdir.
Odlar Yurdu Universitetinin Elmi işlər üzrə prorektoru prof. Tərlan Abdullayev, Psixoloji Diaqnostika İnstitutunun direktoru prof. Rəşid Cabbarov, Təlim və layihələrin təşkili üzrə direktor müavini David Poladov və proqram iştirakçıları qeyd olunan tədbirdə iştirak etmişlər. Biopsixososial modelin tədbiqinə zəmin yaradan, multidisiplinar komandada psixoloq və psixoterapevtlərin fəaliyyətini şərtləndirən "Psixoterapiya" proqramının perspektivləri barədə müzakirələr edilmiş, təsdiqləyici sənədlər ilk "Psixoterapiya" proqramının məzunlarına təqdim edilmişdir.
Tədbirin sonunda xatirə şəkli çəkdirilmişdir.