Bu gün Azərbaycan Silahlı Qüvvələrinin yaranmasının 106 ili tamam olur.
Bu əlamətdar gün münasibətilə sizi səmimi-qəlbdən təbrik edir, hər birinizə ən xoş arzularımı çatdırıram!
Qeyd etmək istəyirəm ki, Azərbaycan Silahlı Qüvvələrinin şərəfli tarixi xalqımızın Ulu Öndəri Heydər Əliyevin adı ilə bilavasitə bağlıdır. Müasir Azərbaycan Ordusunun qurulması, inkişafı və möhkəmlənməsi Ümummilli Lider Heydər Əliyevin yorulmaz fəaliyyətinin, dövlətçilik təfəkkürünün, siyasi uzaqgörənliyinin və təşkilatçılıq qabiliyyətinin məntiqi nəticəsidir.
Ulu Öndər Heydər Əliyevin ordu quruculuğu siyasətini uğurla davam etdirən və zənginləşdirən Ali Baş Komandan İlham Əliyevin diqqət və qayğısı sayəsində hərbçilərin peşəkarlığının artırılması, şəxsi heyətin döyüş ruhunun və mənəvi-psixoloji hazırlığının yüksəldilməsi, Silahlı Qüvvələrimizin ən müasir silah və texnika ilə təchizatı istiqamətdə davamlı addımlar atılmış, bu diqqət və qayğı nəticəsində Azərbaycan Silahlı Qüvvələri qısa müddət ərzində regionun ən qüdrətli ordusuna çevrilmişdir.
44 günlük Vətən müharibəsində Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Ali Baş Komandanı, Prezident İlham Əliyevin rəhbərliyi ilə müzəffər və rəşadətli ordumuzun qazandığı şanlı qələbə nəticəsində işğal altında olan torpaqlarımız azad edilmiş, ərazi bütövlüyümüz təmin olunmuşdur.
Bir daha 26 İyun - Silahlı Qüvvələr Günü münasibətilə hər birinizi ürəkdən təbrik edir, sizlərə möhkəm cansağlığı, uzun ömür, Vətənə şərəfli xidmətinizdə uğurlar arzulayıram və bu əlamətdar gündə Azərbaycanın suverenliyi, müstəqilliyinin qorunması və ərazi bütövlüyü uğrunda canından keçən şəhidlərimizi ehtiramla yad edirəm, onların unudulmaz xatirəsini əziz tuturam.
Hörmətlə,
Professor Əhməd Vəliyev
Odlar Yurdu Universitetinin rektoru