OYU-nun rektoru, professor Əhməd Vəliyevin Qurban bayramı münasibətilə təbriki

16 İyun, 2024

OYU-nun rektoru, professor Əhməd Vəliyevin Qurban bayramı münasibətilə təbriki

Əziz həmvətənlər!

Bütün Azərbaycan xalqını və dünya müsəlmanlarını müqəddəs Qurban bayramı münasibətilə ürəkdən təbrik edirəm, xalqımıza və Azərbaycanın hüdudlarından kənarda yaşayan bütün soydaşlarımıza ən səmimi arzu və diləklərimi yetirirəm.
Kəsdiyiniz qurbanların Allah tərəfindən qəbul olunması arzusu ilə bir daha hər birinizə möhkəm cansağlığı, ailələrinizə firavanlıq, süfrələrinizə bol ruzi-bərəkət arzulayıram.
Qurban bayramınız mübarək olsun!

Hörmətlə,
Professor Əhməd Vəliyev
Odlar Yurdu Universitetinin rektoru