Odlar Yurdu Universitetinin magistratura səviyyəsinə qəbul olmuş, eləcədə tələbə adını qazanmış bütün gəncləri təbrik edirik!
Odlar Yurdu Universitetinin magistratura səviyyəsinə qəbul olunmuş bakalavrların nəzərinə!
2024-2025-ci tədris ili üzrə Odlar Yurdu Universitetinin magistratura səviyyəsinə qəbul olunmuş bakalavrların elektron qaydada qeydiyyatı 9 iyul 2024-cü il tarixində saat 09:00-da başlayıb və 18 iyul saat 23:59-da başa çatacaq.
18 iyul 2024-cü ilə qədər onlayn qeydiyyatdan keçməyən bakalavrlar ali təhsil müəssisəsinə qəbul olunmaqdan imtina etmiş hesab olunur!
Elektron qeydiyyat üçün bakalavrlar
portal.edu.az platformasında qeydiyyatdan keçməli, yaradılmış kabinetə daxil olduqdan sonra təqdim edilən xidmətlər sırasında “Ali və orta ixtisas təhsili müəssisələrinə təhsilalan qeydiyyatı” xidmətini seçməlidirlər.
Portala PDF formatında yüklənməsi tələb olunan sənədlər:
➢ Şəxsiyyət vəsiqəsi;
➢ Bakalavr diplomu və diplom əlavəsi;
➢ 2024-cü ilin məzunları üçün ali məktəbi bitirmələri haqqında arayış;
➢ Hərbi bilet və ya çağırış məntəqəsinə təhkim edilmə haqqında vəsiqə;
➢ Təhsil haqqının ödəniş qəbzi;
➢ Təhsil haqqı ödənişindən azad olunan şəxslər ona əsas yaradan müvafiq sənədlərin
əslini və notarial qaydada təsdiq olunmuş surətlərini, rektorun adına ərizəni
qeydiyyat üçün nəzərdə tutulan tarixlərdə universitetə gələrək şəxsən təqdim
etməlidirlər;
Təhsil haqqı barəsində məlumat:
Təhsil haqqı ödənişini icra edə bilmək üçün ilk növbədə müəssisə tərəfindən müraciət araşdırıldıqdan sonra portalda “ödəniş edilməlidir” statusu təyin edilməlidir. Müraciətiniz ödəniş edilməlidir statusu aldıqda ödəniş edə bilərsiniz.
Ödənişi Azərbaycan Beynəlxalq Bankı və "Emanat" ödəniş aparatı ilə ödəyə bilərsiniz.
Qeydiyyat zamanı təhsil haqqının minimum 35%-ı portal vasitəsilə ödənilməlidir. Bu halda qalan hissə may ayına qədər tam ödənilməlidir.
Tələbə Təhsil Krediti Fonduna müraciət edən tələbələr təhsil müəssisəsini məlumatlandırmalıdırlar. Bunun üçün elektron qeydiyyat zamanı müvafiq bənd işarələnməlidir.
Ödənişli əsaslarla qəbul olunub təhsil haqqından azad olunan, yaxud təhsil haqqına güzəşt hüququ olan tələbələr elektron qeydiyyat zamanı müvafiq bəndi seçərək aid olduqları kateqoriyanı seçməli və tələb olunan sənədlərin elektron variantını sistemə yükləməlidirlər.
Tələbə təhsil krediti (TTK) haqqında ətraflı məlumat üçün:
Abituriyent Məsləhət Mərkəzimiz
Qeyd edək ki, Dövlət İmtahan Mərkəzinin qərarı ilə Odlar Yurdu Universitetində yaradılmış Abituriyent Məsləhət Mərkəzində xüsusi treninq keçmiş əməkdaşlar tərəfindən bakalavrlara tələbə qəbulu qaydaları, ali təhsil müəssisələrinə ərizə qəbulu, bakalavrın elektron ərizəsinin doldurulma və təsdiq edilməsi qaydası və bu zaman qarşıya çıxa biləcək texniki problemlərin həlli, müsabiqə şərtləri, ixtisas seçimi zamanı diqqət yetirilməli məsələlərlə bağlı köməklik göstəriləcək.
Bakalavrlar onları maraqlandıran suallarla bağlı Odlar Yurdu Universitetində yerləşən Abituriyent Məsləhət Mərkəzinə müraciət edə bilərlər.
Mərkəzimiz ödənişsiz fəaliyyət göstərir!
Odlar Yurdu Universiteti
İş vaxtı: həftə içi saat 10:00-dan - 17:00-a kimi
Ünvan: Bakı şəh., Koroğlu Rəhimov küç, 13 AZ1072 (OYU-nun inzibati binası, otaq №204)
Əlaqə nömrəsi: +99455 465-85-27