Böyük siyasi xadim, dünyəvi bir şəxsiyyət, Mehriban insan, böyük ana, humanist, şəfqətli, əsilli-nəcabətli, xalqını sevən və xalqının sevimlisi, əsl vətənpərvər və ən nəhayət öz adının sahibi
Çox hörmətli Mehriban xanım!
60 illik yubileyiniz münasibətilə Sizi Odlar Yurdu Universitetinin kollektivi adından və şəxsən öz adımdan səmimi qəlbdən təbrik edirik.
Sadəlik elə bir zirvədir ki, onu yalnız qüdrətli insanlar fəth edə bilərlər.
Keçdiyiniz parlaq və işıqlı həyat yolunun ən ali zirvəsi olaraq, Siz xalq sevgisinin və yüksək etimadın qarşılığında ali dövləti kürsüyə layiq görülmüsünüz.
Siz hər zaman üzərinizə düşən çoxşaxəli və geniş missiyaları yüksək vətənpərvərlik, hətta deyərdim ki, əsl sərkərdəlik qabiliyyəti ilə müşayiət olunan milli və dövləti ruhla həyata keçirirsiniz.
Məhz bu gün möhtəşəm Qarabağ zəfərinin ən uca zirvəsində Qalib Prezidentimiz İlham Əliyevlə qoşa, məğrurluqla, gözəlliklə ucalırsınız.
Əziz Mehriban xanım!
Sizin rəhbərliyinizlə həyata keçirilən – dünya çapında ölkəmizin nüfuzunun daha da yüksəklərə qalxmasına, istər daxili, istərsə də xarici siyasətə xidmət edən möhtəşəm layihələr Azərbaycan xalqının, Azərbaycan dövlətinin parlaq gələcəyindən xəbər verir.
İstər müsəlman ölkələrində, hətta Avropanın, dünyanın ən aparıcı ölkələrində apardığınız qurucu, yaradıcı humanitar aksiyalar, ehtiyacı olan insanlara göstərdiyiniz qayğı Sizin bütöv bir mənada həm milli, həm də multikultural dəyərlərə, uğurlu strategiyaya malik olmağınızın bariz nümunələrindəndir.
Artıq sülhə, bəşəriyyətə, insanlığa, ümumən humanizmə xidmət edən ali dövləti fəaliyyətiniz sayəsində ölkəmiz müasir dünyanın ən mötəbər mədəni tədbirlərinin keçirildiyi ünvana çevrilmişdir.
Çəkdiyiniz bu titanik zəhmətlər müqabilində Siz nəinki respublikamızın, hətta dünyanın ən nüfuzlu ölkələrinin də ali, yüksək dövləti təltiflərinə layiq görülmüsünüz.
Sizin ali dövləti rəhbərliyiniz dövlətini, millətini sevən hər bir sadə vətəndaşımızın, o cümlədən, nəinki ölkəmizdə, hətta dünyada Sizi tanıyan hər bir vicdanlı insanın qəlbində bir daha yalnız və yalnız fərəh, qürur hissi oyadır.
Əziz və hörmətli Mehriban xanım!
Bir daha Sizi əlamətdar gün – 60 illik yubileyiniz münasibətilə ürəkdən təbrik edir, möhtərəm Prezidentimiz cənab İlham Əliyevin bir silahdaşı, bir həmkarı olaraq, Ulu Öndərimizin şah əsəri olan müstəqil Azərbaycanımızın dünyanın ən nüfuzlu ölkəsinə çevrilməsi və xalqımızın xoşbəxt gələcəyi naminə möhkəm can sağlığı, ailə səadəti və apardığınız ali dövləti fəaliyyətinizdə uğurlar arzulayıram.
Həyatınızın hər anının, tarixin hər addımının Sizə, ailənizə yalnız və yalnız xoşbəxtlik gətirməsini arzu edirəm.
Tanrı Sizi qorusun!
Ən səmimi arzularla,
prof. Əhməd Vəliyev
Odlar Yurdu Universitetinin rektoru