Odlar Yurdu Universitetinin tələbəsinin növbəti uğuru

02 Oktyabr, 2024

Odlar Yurdu Universitetinin tələbəsinin növbəti uğuru
Odlar Yurdu Universitetinin İqtisadiyyat və idarəetmə fakültəsinin 4-cü kurs tələbəsi Nəzrin Əkbərova növbəti nailiyyətə imza ataraq “ASAN Akademiya - 2024” layihəsinin məzunu kimi təltif edilmişdir. Bu layihə Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi və “ASAN Könüllüləri” təşkilatının birgə təşkilatçılığı, həmçinin “BP Azərbaycan” şirkətinin dəstəyi ilə həyata keçirilmişdir.
Layihə çərçivəsində gənclərin bilik və bacarıqlarının inkişaf etdirilməsi, onların intellektual potensiallarının düzgün yönləndirilməsi və karyera inkişafına dəstək məqsədi ilə genişmiqyaslı fəaliyyət göstərilmişdir. Odlar Yurdu Universitetinin tələbəsi Nəzrin Əkbərova bu sahədə göstərdiyi yüksək nəticələrə görə Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri Ülvi Mehdiyev tərəfindən xüsusi təltifə layiq görülmüşdür.
Tələbəmizi bu əlamətdar uğuru münasibətilə təbrik edir, ona gələcək karyerasında davamlı müvəffəqiyyətlər arzulayırıq.