Odlar Yurdu Universitetinin müəlliminin məqaləsi nüfuzlu beynəlxalq jurnalda dərc olunmuşdur

01 Oktyabr, 2024

Odlar Yurdu Universitetinin müəlliminin məqaləsi nüfuzlu beynəlxalq jurnalda dərc olunmuşdur
Odlar Yurdu Universitetinin İqtisadiyyat və iqtisadi münasibətlər kafedrasının müəllimi Aslan Əzimzadənin, G.V.Plexanov adına Rusiya İqtisad Universitetinin müəllimi Svetlana Frumina və Rusiya Federasiyası Hökuməti yanında Maliyyə Universitetinin müəllimi Yelena Yakuşova ilə birgə həmmüəllifi olduğu elmi məqalə “International Journal of Sustainable Development and Planning” jurnalında çap olunmuşdur.
“Impact of COVID-19 Pandemic on Insurance Demand in Russia: A Comparative Analysis with Global Markets” adlı bu məqalə COVID-19 pandemiyasının Rusiyadakı sığorta tələbinə təsirini qlobal bazarlarla müqayisəli təhlil edir.
Jurnal Scopus bazasında indekslənir və Q2 kateqoriyasına daxildir ki, bu da məqalənin beynəlxalq elmi ictimaiyyət tərəfindən yüksək qiymətləndirildiyini göstərir.
Odlar Yurdu Universitetinin akademik heyətinin belə nüfuzlu nəşrlərdə yer alması universitetin beynəlxalq elmi dairələrdə artan təsirinin bir göstəricisidir.