Odlar Yurdu Universitetinin Elmi Şurasının iclası keçirilmişdir

30 Sentyabr, 2024

Odlar Yurdu Universitetinin Elmi Şurasının iclası keçirilmişdir
Odlar Yurdu Universitetində Elmi Şuranın növbəti iclası keçirilmişdir. İclasda bir sıra əhəmiyyətli gündəlik məsələlər müzakirə olunmuş və müvafiq qərarlar qəbul edilmişdir.
İlk olaraq, Elmi Şuranın yeni tərkibi müəyyən edilmiş və 2024-2025-ci tədris ili üçün iş planı təsdiq olunmuşdur. İclasda, həmçinin, 2023-2024-cü tədris ilinin yaz imtahan sessiyasından qalan akademik borcların ləğvi məsələsi diqqət mərkəzində olmuşdur və bununla bağlı konkret tədbirlərin həyata keçirilməsi qərara alınmışdır.
2024-2025-ci tədris ili üçün bakalavriat, magistratura və doktorantura pilləsinə qəbulun yekun nəticələri geniş müzakirə edilmişdir. Universitetin yeni tədris ilinə hazırlıq vəziyyəti, kadr təminatı, maddi-texniki baza, elmi və tədris metodiki işlərin hazır olma səviyyəsi haqqında ətraflı məlumat təqdim olunmuşdur.
İclasın gündəliyində OYU strukturunda edilən dəyişikliklər də yer almışdır. Bununla yanaşı, Odlar Yurdu Universitetinin doktorantura şöbəsinin 5310.01-Dünya iqtisadiyyatı üzrə qiyabi doktorantı Heydərov Pünhan Elnur oğlu və 5312.01-Sahə iqtisadiyyatı üzrə qiyabi doktorantı Bayramov Fuad Əşrəf oğlunun qiyabi təhsildən əyani təhsilə keçirilməsi məsələsi müzakirə edilmişdir. Bu məsələyə dair müsbət qərar qəbul edilmişdir.
Qəbul edilmiş qərarlar universitetin gələcək inkişafında mühüm əhəmiyyət kəsb edir və 2024-2025-ci tədris ilində tədris keyfiyyətinin artırılması, elmi tədqiqatların genişləndirilməsi istiqamətində əhəmiyyətli imkanlar yaradacaqdır.