Odlar Yurdu Universitetində professor-müəllim heyəti ilə görüş baş tutmuşdur

24 Sentyabr, 2024

Odlar Yurdu Universitetində professor-müəllim heyəti ilə görüş baş tutmuşdur
Odlar Yurdu Universitetində universitetimizin və kollecimizin professor-müəllim heyətinin iştirakı ilə geniş tərkibli bir görüş keçirilmişdir.
Görüşün açılışında cənab rektor, professor Əhməd Vəliyev, 2024-2025-ci tədris ilinin başlanması münasibətilə iştirakçıları təbrik etmiş, akademik fəaliyyətin əhəmiyyətini vurğulamışdır.
Cənab rektor, tədris ilinin məqsəd və vəzifələri ilə bağlı ətraflı məlumat verərək, universitetin strateji planlarının həyata keçirilməsinin vacibliyini qeyd etmişdir.
Daha sonra, Tədrisin təşkili və yeni təlim texnologiyaları üzrə prorektor, dosent Qabil Qafarov çıxış edərək, Odlar Yurdu Kollecinə və Odlar Yurdu Universitetinə qəbul olunan tələbələrin statistikası ilə bağlı iştirakçılara ətraflı məlumat təqdim etmişdir. Prorektor, subbakalavr, bakalavr və magistratura səviyyələrinə qəbul olunan tələbələrin sayını müzakirə edərək, tədris prosesinin inkişafını təmin etmək məqsədilə atılacaq addımlar barədə fikirlərini bölüşmüşdür.
Görüşdə cənab rektor, prorektorlar, dekanlar, departament müdirləri və universitetimizin professor-müəllim heyəti iştirak etmişdir.
Görüşün sonunda iştirakçılar arasında qarşılıqlı fikir mübadiləsi aparılmış, yeni tədris ilinin müvəffəqiyyətli olması üçün birlikdə çalışmağın vacibliyi vurğulanmışdır.