Odlar Yurdu Universitetində "Google cəmiyyətinə necə rəhbərlik etmək olar?" adlı texnoloji tədbir keçirilmişdir

10 Oktyabr, 2024

Odlar Yurdu Universitetində "Google cəmiyyətinə necə rəhbərlik etmək olar?" adlı texnoloji tədbir keçirilmişdir
Odlar Yurdu Universitetinin İnformasiya texnologiyaları və mühəndislik kafedrası, kafedranın müəllimi və Startap və inkubasiya mərkəzinin rəhbəri Rəvanə Göyüşlünün təşəbbüsü ilə və Tələbə Elmi Cəmiyyətinin nəzdində fəaliyyət göstərən İT və mühəndislik klubunun təşkilatçılığı ilə, Google İcmasının Azərbaycan üzrə lideri Malik Məmmədlinin iştirakı ilə "Google cəmiyyətinə necə rəhbərlik etmək olar?" adlı tədbir keçirilmişdir.
Tədbir zamanı Malik Məmmədli, Google Cəmiyyəti haqqında geniş məlumat verərək, bu texnoloji platformanın qlobal inkişafından və qonşu ölkələrdəki cəmiyyətlərin təcrübələrindən bəhs etmişdir. Eyni zamanda, cari ildə Google İcmasının təşkil etdiyi müxtəlif rəqəmsal və texnoloji tədbirləri vurğulamış və Odlar Yurdu Universitetinin tələbələrini bu tədbirlərdə fəal iştirak etməyə dəvət etmişdir. Tədbirin sonunda qonaq tələbələrin texnoloji yeniliklərlə bağlı suallarını cavablandırmışdır.
Qeyd etmək lazımdır ki, "Google Developer" cəmiyyəti Google texnologiyalarına marağı olan şəxslər üçün yaradılmış, innovativ layihələrə dəstək verən və İT sahəsində biliklərini artırmaq istəyənlər üçün unikal platforma təqdim edən kommersiya məqsədi daşımayan bir İT icmasıdır.
Odlar Yurdu Universiteti tələbələrinin bu cür beynəlxalq texnoloji tədbirlərdə iştirakı onların gələcəkdə daha geniş rəqəmsal biliklər qazanmasına böyük töhfə verəcəkdir.