OYU-nun İqtisadiyyat və idarəetmə fakültəsinin fakültə Elmi Şurasının növbəti iclası keçirilmişdir

10 Oktyabr, 2024

OYU-nun İqtisadiyyat və idarəetmə fakültəsinin fakültə Elmi Şurasının növbəti iclası keçirilmişdir
Odlar Yurdu Universitetinin İqtisadiyyat və idarəetmə fakültəsinin fakültə Elmi Şurasının növbəti iclası dekan, i.e.d., prof. Əli Əlirzayevin sədrliyi ilə keçirilmişdir.
Gündəlikdə olan məsələlərə uyğun olaraq, İqtisadiyyat və idarəetmə fakültəsinin Elmi Şurasının 2024-2025-ci tədris ili üçün iş planının təsdiqi, fakültə dekanı i.e.d., prof. Əli Əlirzayev tərəfindən təqdim edilmişdir.
İclasda kafedraların 2024-2025-ci tədris ilinə hazırlığı, kafedralarda elmi-tədqiqat işlərinin yerinə yetirilməsi vəziyyətinin öyrənilməsi, həmçinin fakültədə fəaliyyət göstərən professor-müəllim heyətinin həyata keçirdiyi elmi-tədqiqat işlərinin müzakirəsi üzrə İqtisadiyyat və iqtisadi münasibətlər kafedrasının müdiri, i.e.d., prof. Elşad Məmmədov və tədris metodiki təminatının planlaşdırılması barədə isə İqtisadiyyat və idarəetmə fakültəsinin dekan müavini, dos. Babək Feyzullayev məruzəçi kimi çıxış etmişlər.
İclasda Keyfiyyətin təminatı və qiymətləndirmə departamentinin rəhbəri, kafedraların professor-müəllim heyəti və Tələbə Elmi Cəmiyyətinin sədri də gündəlikdə olan məsələlərin geniş müzakirəsində fəal iştirak etmişlər. Nəticədə, səsvermə yolu ilə gündəlikdə olan məsələlərin həll edilməsi ilə bağlı müvafiq qərarlar qəbul edilmişdir.