Odlar Yurdu Universitetində Psixologiya, Pedaqogika və sosial fənlər kafedrası ilə Tələbə Elmi Cəmiyyəti tərəfindən Türkiyə Respublikasının İğdır Universitetinin dosenti, psixologiya üzrə fəlsəfə doktoru Said İldırım ilə "Müasir Ailənin Psixoloji Problemləri" mövzusunda görüş keçirilmişdir.
Bu görüş, tələbələrin psixoloji problemləri daha dərindən anlamaq və müzakirə etmək bacarıqlarını inkişaf etdirmək məqsədini güdmüşdür.
Eyni zamanda, beynəlxalq əməkdaşlığı gücləndirmək üçün əhəmiyyətli bir platforma yaratmışdır.
Müasir ailə strukturunun dəyişməsi, ata-ana rolunun transformasiyası və cəmiyyətin psixoloji dinamikaları mövzusu, xüsusilə gənclər arasında aktual olan müzakirə sahələrindəndir. Ailə içindəki münasibətlər, psixoloji sağlamlıq və emosional dəstək, sosial əlaqələr və müasir dövrün tələbləri ilə necə birləşdiyi məsələləri, iştirakçıların düşüncə dünyasını genişləndirmişdir. Tələbələrin aktiv iştirakı ilə baş tutan müzakirələr son dərəcə maraqlı və faydalı olmuşdur.
Tədbirdə Odlar Yurdu Universitetinin Psixologiya, pedaqogika və sosial fənlər kafedrasının müdiri, professor Rəşid Cabbarov, Tələbə Elmi Cəmiyyətinin sədri Türkan Azəri, eləcə də Humanitar, təhsil və dillər fakültəsinin tələbələri iştirak etmişlər.
Geniş iştirakçı tərkibi və müzakirələrin müxtəlifliyi ilə diqqət çəkən görüş, iştirakçıların çoxşaxəli suallarının cavablandırılması ilə yekunlaşmışdır.
Tədbirin sonunda xatirə şəkli çəkdirilərək bu dəyərli anların əbədiləşdirilməsi məqsədilə yaddaşlara həkk olunmuşdur.
Odlar Yurdu Universiteti, belə görüşlərlə tələbələrin elmi fəaliyyətlərini dəstəkləyərək, onların müasir dövrün psixoloji çətinliklərini anlamaq və bu sahədə biliklərini genişləndirmək məqsədini daşıyır.