OYU-da Orxan Şahbazla "Karyera hardan başlayır?" mövzusunda seminar keçirilmişdir

24 Oktyabr, 2024

OYU-da Orxan Şahbazla "Karyera hardan başlayır?" mövzusunda seminar keçirilmişdir
Odlar Yurdu Universitetində Karyera və təcrübə mərkəzinin təşkilatçılığı ilə “Karyera hardan başlayır?” mövzusunda seminar keçirilmişdir. Seminarda iş dünyasının tanınmış simalarından biri, Orxan Şahbaz qonaq qismində iştirak etmişdir. Orxan Şahbaz, Odlar Yurdu Universiteti və ABŞ-ın Linkoln Universitetinin ikili diplom proqramı üzrə Biznesin İdarəedilməsi və marketinq ixtisasının məzunu, tanınmış araşdırmaçı və "Beyinix" Neyromarketinq və Araşdırma Mərkəzinin rəhbəri kimi geniş tanınır.
Seminar universitet tələbələri tərəfindən böyük maraqla qarşılanmışdır. Tədbir zamanı Orxan Şahbaz karyera qurmağın ilkin mərhələlərindən, bu yolda qazandığı təcrübələrdən və qarşılaşdığı çətinliklərdən bəhs etmişdir. O, gələcəkdə uğur qazanmaq üçün tələb olunan bacarıqlar, planlı şəkildə irəliləmənin əhəmiyyəti və düzgün seçim etməyin vacibliyi barədə dəyərli tövsiyələrini bölüşmüşdür.
Seminarın interaktiv keçməsi tələbələrin Orxan Şahbaza ünvanladıqları suallar və yaranan maraqlı müzakirələr sayəsində mümkün olmuşdur.
Tədbirin sonunda iştirakçılar Orxan Şahbaza dəyərli məsləhətləri və təcrübələrini paylaşdığı üçün təşəkkürlərini bildirmişlər.
Odlar Yurdu Universiteti tələbələrinin karyera inkişafına dəstək olmaq üçün bu cür motivasiyaedici və maarifləndirici tədbirləri davam etdirəcəyini vurğulamışdır.