Odlar Yurdu Universitetinin Karyera və təcrübə mərkəzinin həmsədri, dosent Fuad İbadovun tələbələrlə bir sıra görüşləri keçirilmişdir.
Görüşlər zamanı dosent Fuad İbadov, karyera planlaşdırılmasına erkən başlanmanın vacibliyini vurğulamış və qrup nümayəndələrinin Karyera və Təcrübə Mərkəzi ilə sıx əlaqədə olmasının əhəmiyyətini qeyd etmişdir.
Dosent Fuad İbadov, dördüncü kursa qədər karyera yol xəritəsi qurmağın vacibliyini izah etmişdir. O, bu yol xəritəsi vasitəsilə tələbələrin Odlar Yurdu Universitetində təhsil müddətində hansı addımları atmalı olduqlarını və hansı bacarıq və təcrübələri əldə etməli olduqlarını müəyyən edə biləcəklərini bildirmişdir. Karyera və Təcrübə Mərkəzinin dəstəyi ilə tələbələrin peşəkar inkişaflarını daha məqsədyönlü və sistemli şəkildə həyata keçirə biləcəkləri vurğulanmışdır.
Fuad müəllim, həmçinin tələbələri Odlar Yurdu Universitetinin təklif etdiyi təcrübə proqramlarından və digər imkanlardan aktiv istifadə etməyə dəvət etmişdir ki, bu da onların gələcək karyera uğurlarına güclü təməl yaradacaqdır.
Belə görüşlər, Odlar Yurdu Universiteti tələbələrinin karyera hədəflərinə çatmaları üçün möhkəm zəmin hazırlayır və onların gələcəkdə uğurlu, peşəkar kadrlar kimi formalaşmasına dəyərli töhfə verir.