OYU-da cənab rektorla tələbələrin görüşü baş tutmuşdur

26 Oktyabr, 2024

OYU-da cənab rektorla tələbələrin görüşü baş tutmuşdur
Odlar Yurdu Universitetinin rektoru, professor Əhməd Vəliyev bakalavrın sonuncu kursunda təhsil alan tələbələrlə görüş keçirmişdir.
Görüş zamanı cənab rektor tələbələrə gələcək karyera perspektivlərini daha yaxşı formalaşdırmaq və əmək bazarına uğurlu inteqrasiya üçün dəyərli məsləhətlər vermişdir.
Cənab rektor, əmək bazarının dəyişən tələblərinə uyğun olaraq tələbələrin öz peşəkar bacarıqlarını daim təkmilləşdirmələrinin əhəmiyyətini vurğulamışdır. O, gələcəkdə uğurlu mütəxəssis kimi yetişmələri üçün vacib olan keyfiyyətlər və iş dünyasında rəqabət qabiliyyətini artıracaq strateji yanaşmalar barədə geniş məlumat vermişdir.
Görüşdə eyni zamanda təhsilin davam etdirilməsi, magistratura təhsil pilləsi və doktorantura səviyyəsi haqqında məlumat verilmiş, tələbələrə elmi sahədə dərinləşmək və ixtisaslaşmaq istiqamətində addımlar atmaq üçün tövsiyələr verilmişdir.
Cənab rektor universitetin tələbələrin gələcək hədəflərinə çatmaları üçün hər zaman yanlarında olduğunu vurğulamışdır.
Bu görüş tələbələr üçün həm maarifləndirici, həm də motivasiyaedici bir addım olmuş, onlara akademik və peşəkar dünyaya hazırlıqlarını möhkəmləndirmək üçün dəyərli istiqamətlər təqdim etmişdir.