OYU-da aparılan elmi tədqiqatların nəticəsi Web of Science Q2 qrupunda yer alan nüfuzlu beynəlxalq jurnalda nəşr olunmuşdur

06 Noyabr, 2024

OYU-da aparılan elmi tədqiqatların nəticəsi Web of Science Q2 qrupunda yer alan nüfuzlu beynəlxalq jurnalda nəşr olunmuşdur
Odlar Yurdu Universitetinin rektoru, professor Əhməd Vəliyev, rektorun müşaviri, professor Mübariz Vəliyev və Riyaziyyat və rəqəmsal texnologiyalar kafedrasının professoru Eldar Hüseynovun birgə elmi məqaləsi, Web of Science Q2 qrupunda yer alan nüfuzlu beynəlxalq jurnalda nəşr olunmuşdur. "Bulletin of the Karaganda University" jurnalının "Mathematics Series" nəşrində dərc edilmiş "Spectrum and resolvent of multi-channel systems with internal energies and common boundary conditions" adlı bu məqalə, çoxkanallı sistemlərin spektral və rəzolvent analizinə dair dərin elmi araşdırmaları əhatə edərək, aktual elmi suallara cavab axtarmağa yönəlmişdir.
Bu məqalə, çoxkanallı sistemlərdə daxili enerjilər və ümumi sərhəd şərtləri ilə əlaqəli spektral xüsusiyyətlərin araşdırılmasını hədəfləmiş və elmi dairələrdə yüksək qiymətləndirilmişdir. Tədqiqatın nəticələri bu sahədə yeni yanaşmalar təklif edərək, həm nəzəri, həm də praktiki aspektlərdə faydalı perspektivlər açmışdır.
Bu elmi nailiyyət, Odlar Yurdu Universitetinin beynəlxalq səviyyədə tanınmasına və nüfuzunun yüksəlməsinə əhəmiyyətli töhfə vermiş və universitetimizdə aparılan elmi tədqiqatların uğurlarının və qlobal miqyasda akademik inkişafının növbəti nümunəsi olaraq, universitetin Azərbaycanın elmi potensialının inkişafında oynadığı rolu gücləndirmişdir.