Tələbə qeydiyyatı ilə bağlı məlumat

01 Sentyabr, 2022

Tələbə qeydiyyatı ilə bağlı məlumat

Əziz tələbələr!

Sizləri universitetimizin rəsmi səhifəsində salamlayır və bizi seçdiyiniz, ən əsası bizə güvəndiyiniz üçün Sizlərə təşəkkürümüzü bildiririk!

Əminik ki, tələbələr qəbulun rəsmiləşdirilməsi, qeydiyyata düşməsi üçün abituriyentlər 2 sentyabr saat 12:00-dan 12 sentyabr saat 23:59-dək portal.edu.az platformasında qeydiyyatdan keçməlidir.
Qeydiyyat üçün yaradılmış kabinetə daxil olub, təqdim edilən xidmətlər sırasında “Ali və orta ixtisas təhsili müəssisələrinə təhsilalan qeydiyyatı” xidmətini seçməlidirlər.

Dövlət sifarişi və ödənişli əsaslarla qəbul olan bakalavrların qeydiyyatı üçün müvafiq sənədləri portala yükləmək tələb olunur.

Əlavə məlumat üçün: 055-465-85-27