Odlar Yurdu Universitetinin Tələbə Həmkarlar İttifaqı Komitəsinin üzvü olan tələbələr Şəhidlər xiyabanını ziyarət etmişlər

08 Noyabr, 2024

Odlar Yurdu Universitetinin Tələbə Həmkarlar İttifaqı Komitəsinin üzvü olan tələbələr Şəhidlər xiyabanını ziyarət etmişlər
8 noyabr – Zəfər Günü münasibətilə, Odlar Yurdu Universitetinin Tələbə Həmkarlar İttifaqı Komitəsinin (THİK) üzvü olan tələbələr, Komitə sədri Günay Yusifova ilə birlikdə, Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda canlarını fəda edən şəhidlərimizi böyük ehtiramla yad etmək məqsədilə Şəhidlər xiyabanını ziyarət etmişlər.
Ziyarət zamanı tələbələr, Azərbaycanın qəhrəman övladlarının xatirəsinə əklillər qoymuş, onlara dərin hörmət və ehtiramlarını bildirmişlər. Şəhidlər xiyabanında hər addımda vətənpərvərlik ruhu ilə sarmalanmış bu əlamətdar an, gənc nəslin vətənə bağlılığının, qəhrəmanlıq və həmrəylik ruhunun bir daha təzahürü olmuşdur. Odlar Yurdu Universitetinin tələbələrinin vətən sevgisi və milli birlik idealları bu məqam bir daha öz yüksək səviyyəsini göstərmişdir.