Odlar Yurdu Universitetinin Təbiət və texnologiya fakültəsinin Dizayn ixtisası üzrə 32D1 qrupu, Zəfər Gününə həsr olunmuş videoçarx hazırlamışdır.
Bu videoçarxda Odlar Yurdu Universitetinin tələbələri, 44 günlük Vətən müharibəsində Azərbaycanın qazandığı böyük zəfəri və şəhidlərimizin qəhrəmanlığını yad etmişlər.
Sadə, lakin çox mənalı olan bu videoçarx, tələbələrin Vətən sevgisini, milli dəyərlərə olan bağlılıqlarını və şəhidlərimizə olan ehtiramlarını bir daha vurğulamışdır. Odlar Yurdu Universiteti, gənc nəsilin bu dəyərləri yaşatma məsuliyyətini dərindən dərk etdiyini göstərərək, Zəfər Gününün əhəmiyyətini vurğulamışdır.
Tələbələrin hazırladığı bu təşəbbüs, həm də universitetin milli birlik və həmrəylik ruhuna verdiyi önəmin bariz nümunəsidir.