Odlar Yurdu Universitetinin Tələbə Gənclər Təşkilatının fəalları Fəxri Xiyabanları ziyarət etmişlər

08 Noyabr, 2024

Odlar Yurdu Universitetinin Tələbə Gənclər Təşkilatının fəalları Fəxri Xiyabanları ziyarət etmişlər
Odlar Yurdu Universiteti Tələbə Gənclər Təşkilatının 110 fəal üzvü, Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqının təşkilatçılığı ilə həyata keçirilən Fəxri Xiyabanlara ziyarətdə iştirak etmişlər.
İlk olaraq, Odlar Yurdu Universitetinin tələbələri I Fəxri Xiyabanda Ümummilli Lider Heydər Əliyevin məzarını ziyarət edərək onun xatirəsini dərin ehtiramla yad etmişlər.
Daha sonra, Odlar Yurdu Universitetinin tələbələri II Fəxri Xiyabana yürüş etmiş və burada Azərbaycanın ərazi bütövlüyü uğrunda canlarını fəda etmiş şəhidlərimizin məzarlarını ziyarət etmişlər.
Ziyarət zamanı gənclər, xüsusən İkinci Fəxri Xiyabanda general Polad Həşimovun, digər şəhidlərimizin məzarlarını başda olmaqla, bütün qəhrəmanlarımızı böyük hörmətlə yad etmiş və onların vətən uğrunda apardıqları mübarizəni dərindən dəyərləndirmişlər. Şəhidlərin ruhlarına dualar oxumuş, həmin anlarda onların əziz xatirələrini və fədakarlıqlarını bir daha hiss etmişlər.
Bu tədbir, Odlar Yurdu Universiteti tələbələrində milli birlik, vətənpərvərlik və qəhrəmanlıq ruhunun daha da möhkəmləndirilməsi məqsədilə təşkil olunmuşdur.