Odlar Yurdu Universitetinin rektoru, professor Əhməd Vəliyevin OYU-ya qəbul olunmuş tələbələrə müraciəti

05 Sentyabr, 2022

Odlar Yurdu Universitetinin rektoru, professor Əhməd Vəliyevin OYU-ya qəbul olunmuş tələbələrə müraciəti
Odlar Yurdu Universitetinin rektoru, professor Əhməd Vəliyevin OYU-ya qəbul olunmuş tələbələrə müraciəti:

Əziz tələbələr!
2022/23 tədris ilində Odlar Yurdu Universiteti tələbə qəbulu üzrə qarşısına qoyduğu bütün ixtisaslarının qəbul planını 100 % yerinə yetirmişdir.
Odlar Yurdu Universitetini seçən əziz tələbələrimizi və onların ailələrini təbrik edirəm!
Siz bakalavriat, magistratura və doktorantura səviyyələrində Azərbaycan, rus və ingilis dilllərində təhsil verən OYU-nu seçməkdə doğru qərar vermisiniz. Odlar Yurdu Universitetinin kollektivi sizin qarşınıza çıxan hər cür məsələlərin həllində sizlərə böyük yardımlarını göstərməyə hazırdır.
Əziz tələbələrimiz, OYU ailəsi olaraq sizi həyəcanla gözləyir və sizi universitetimizdə keyfiyyətli təhsil almağınız üçün əlimizdən gələn hər cür dəstəyi əsirgəməyəcəyik.

Hörmətlə,
Professor Əhməd Vəliyev
Odlar Yurdu Universitetinin rektoru.