Odlar Yurdu Universitetinin tələbələri COP29-da könüllü kimi fəaliyyət göstərmişdir

26 Noyabr, 2024

Odlar Yurdu Universitetinin tələbələri COP29-da könüllü kimi fəaliyyət göstərmişdir
Odlar Yurdu Universitetinin Tələbə Gənclər Təşkilatının üzvləri olan tələbələr dünya miqyaslı iqlim sammiti olan COP29-da könüllü kimi iştirak etmiş, müxtəlif vəzifələrdə fəaliyyət göstərmişdir. Təşkilatın üzvləri tərcüməçi kimi çıxış etmiş, qonaqları istiqamətləndirmiş, məlumat mübadiləsi aparmış və xarici iştirakçılara Azərbaycanın mədəniyyəti və tarixi barədə məlumatlar çatdırmışdır.
Bu mötəbər tədbirdə Odlar Yurdu Universitetinin tələbələri müxtəlif ölkələrdən gələn iştirakçılarla sıx ünsiyyətdə olmuş, ölkəmizin təmsilçiliyini uğurla həyata keçirmişdir. Onlar Azərbaycan haqqında maraqlı məlumatlar paylaşmış və mədəni irsimizin beynəlxalq səviyyədə tanınmasına töhfə vermişdir.
Odlar Yurdu Universitetinin rəhbərliyi tələbələrin beynəlxalq təcrübə qazanmasına, dünyagörüşünü genişləndirməsinə və qlobal məsələlərdə fəal iştirak etməsinə hər zaman xüsusi önəm vermişdir.
Odlar Yurdu Universiteti tələbələrinin COP29-dakı uğurlu fəaliyyəti onların həm peşəkar, həm də şəxsi inkişafına böyük töhfə vermiş, Azərbaycanın iqlim məsələlərinə verdiyi önəmi və mədəni zənginliyini dünyaya tanıtmaqda mühüm rol oynamışdır.