Odlar Yurdu Universiteti nəzdində fəaliyyət göstərən Tələbə Elmi Cəmiyyətinin üzvləri COP29 İqlim Dəyişikliyi Konfransında fəal könüllü olaraq iştirak etmişlər və yüksək təşəbbüskarlıqları ilə diqqət çəkmişlər. Universitetimizin tələbələri tədbirin təşkilati işlərində könüllü kimi çalışaraq, bu nüfuzlu beynəlxalq tədbirin uğurlu keçirilməsinə öz töhfələrini vermişlər.
Tələbələrimiz qeydiyyat prosesi, iştirakçılara informasiya dəstəyi və digər təşkilati məsələlərdə mükəmməl fəaliyyət göstərmişlər. Həmçinin, tədbir zamanı onlar öz peşəkarlıqları və məsuliyyətləri ilə iştirakçıların rəğbətini qazanmışlar.
Odlar Yurdu Universitetinin tələbələri COP29-da öz fəallıqları ilə universitetimizin adını qürurla təmsil etmişlər. Universitet rəhbərliyi tələbələrimizin beynəlxalq səviyyəli tədbirlərdə iştirakını yüksək qiymətləndirmiş və bu cür təşəbbüslərin onların inkişafına böyük dəstək olduğunu vurğulamışdır.
COP29 çərçivəsində tələbələrimizin göstərdiyi nümunəvi fəaliyyət həm onların komanda işindəki bacarıqlarını, həm də qlobal təşəbbüslərə töhfə vermək arzularını bir daha sübut etmişdir. Odlar Yurdu Universiteti olaraq, tələbələrimizin belə uğurlarla gələcəkdə də universitetimizi yüksək səviyyədə təmsil edəcəyinə əminik.
Universitet rəhbərliyi Tələbə Elmi Cəmiyyətinin üzvlərinə təşəkkür etmiş və onların gələcək fəaliyyətlərində uğurlar arzulamışdır.