Odlar Yurdu Universitetinin Riyaziyyat və rəqəmsal texnologiyalar kafedrasının müdir müavini, kimya üzrə fəlsəfə doktoru Cəmilə Əliyevanın “Eastern-European Journal of Enterprise Technologies” adlı nüfuzlu elmi jurnalda yeni məqaləsi dərc olunmuşdur. Bu nəşr Odlar Yurdu Universitetinin beynəlxalq elmi arenada tanınmasına və nüfuzunun artırılmasına mühüm töhfə vermişdir.
“Establishing a Pattern of Change in the Quality Indicators of Tokaj-Type Wine Materials Prepared by Different Variants” adlı məqalədə, tokay tipli şərab materiallarının keyfiyyət göstəricilərindəki dəyişikliklərin müxtəlif texnologiyalar vasitəsilə araşdırılması və onların təkmilləşdirilməsi yolları tədqiq edilmişdir. Bu tədqiqat şərabçılıq sahəsində məhsulun keyfiyyətini artırmağa yönəlmiş mühüm elmi tövsiyələr təqdim edir.
Odlar Yurdu Universiteti, elmi fəaliyyətlərdəki nailiyyətləri ilə həm Azərbaycanda, həm də beynəlxalq səviyyədə elmi-tədqiqat sahəsindəki nüfuzunu daha da möhkəmləndirir. Akademik heyətin beynəlxalq elmi jurnallarda dərc olunan tədqiqatları, universitetin yüksək səviyyəli təhsil və tədqiqat standartlarına sahib olduğunu bir daha sübut edir.
Cəmilə xanımın bu məqaləsi Odlar Yurdu Universitetinin elmi uğurlarının daha bir göstəricisidir və universitetin Azərbaycanın elmi və intellektual potensialına verdiyi töhfəni vurğulayır.