OYU-da Psixologiya klubunun növbəti film müzakirəsi keçirilmişdir

02 Dekabr, 2024

OYU-da Psixologiya klubunun növbəti film müzakirəsi keçirilmişdir

Odlar Yurdu Universitetinin Tələbə Elmi Cəmiyyəti nəzdində fəaliyyət göstərən Psixologiya klubunun təşəbbüsü ilə növbəti maraqlı tədbir baş tutmuşdur. Tələbələr bu dəfə məşhur "God's Crooked Lines" psixoloji filmini izləyərək müzakirələr aparmışdırlar.
Tədbir Tələbə Elmi Cəmiyyətinin sədri Türkan Azərinin açılış nitqi ilə başlamışdır.
Türkan Azəri Psixologiya klubunun sədri, Psixologiya ixtisasının 3-cü kurs tələbəsi Samirə Şəfəqqətovanı təqdim edərək sözü ona vermişdir. Daha sonra tələbələr filmin iştirakçılarda yaratdığı təəssüratları müzakirə etmiş, analitik təhlillər aparmışlar.
Müzakirələr zamanı hər bir iştirakçının fikirləri diqqətlə dinlənilmiş və filmin mövzusu ilə bağlı ümumi nəticə çıxarılmışdır. Belə tədbirlər tələbələrin təkcə nəzəri biliklərini dərinləşdirməklə kifayətlənmirmiş, eyni zamanda onların sosiallaşmasına və analitik düşüncə qabiliyyətlərinin inkişafına da dəstək olmuşdur.
Qeyd edək ki, Odlar Yurdu Universitetinin Tələbə Elmi Cəmiyyəti mütəmadi olaraq bu cür görüşlər təşkil edir. Maarifləndirici və motivasiyaedici xarakter daşıyan bu tədbirlər tələbələrin bilik və bacarıqlarını artırmaqla yanaşı, onların ictimai fəaliyyətə inteqrasiyasını da gücləndirmişdir.