Odlar Yurdu Universitetində məzunlarla görüş keçirilmişdir

11 Dekabr, 2024

Odlar Yurdu Universitetində məzunlarla görüş keçirilmişdir
Odlar Yurdu Universitetinin Məzunlarla iş departamentinin təşəbbüsü ilə 2023-2024-cü il məzunlarının universitetimizin professor-müəllim heyəti ilə görüşü təşkil edilmişdir. Tədbirin məqsədi məzunları bir araya gətirərək onlarla yenidən ünsiyyət qurmaq və gələcək əməkdaşlıq imkanlarını müzakirə etmək olmuşdur.
Görüşdə Odlar Yurdu Universitetinin rektoru, professor Əhməd Vəliyev məzunları salamlayaraq onların universitetin nüfuzunun artırılmasında göstərdikləri əhəmiyyətli rolunu vurğulamış və məzunlarla yaxın əlaqələrin saxlanmasının və karyera inkişafında dəstək göstərilməsinin vacibliyini qeyd etmiş, eyni zamanda universitetin məzunlarına işlə təmin olunmaları üçün müxtəlif imkanlar yaratdığını və onlara karyera inkişafında hər zaman dəstək verdiyini bildirmişdir.
Cənab rektor həmçinin universitetdə fəaliyyət göstərən "Master Yurdu" hazırlıq kursları haqqında məlumat vermiş, bu kursların Odlar Yurdu Universitetinin tələbələri və məzunları üçün ödənişin tamamilə universitet tərəfindən qarşılandığını və tələbələrə akademik və peşəkar inkişaf üçün unikal imkanlar təqdim etdiyini qeyd etmişdir.
Professor Əhməd Vəliyev bu təşəbbüsün OYU tələbələri üçün bir fürsət olduğunu və digər ali təhsil müəssisələrində analoqu olmayan bir addım kimi qiymətləndirildiyini vurğulamışdır.
Daha sonra "Master Yurdu" hazırlıq kurslarının rəhbəri Kərəm Hacıyevə söz verilmişdir. O, kursların həm magistratura təhsili, həm də dövlət qulluğuna hazırlıq sahəsində yüksək keyfiyyətli təhsil və tədqiqat imkanları təqdim etdiyini, eyni zamanda Odlar Yurdu Universitetinin 4-cü kurs tələbələri və məzunları üçün kursların ödənişinin universitet tərəfindən tamamilə qarşılandığını vurğulamışdır.
Tədbir səmimi bir atmosferdə başa çatmış, məzunlar universitetə olan minnətdarlıqlarını bildirərək əlaqələri davam etdirmək istəklərini ifadə etmişlər.
Odlar Yurdu Universiteti, məzunları ilə əlaqələri mütəmadi olaraq gücləndirəcək, onlara karyera inkişafında dəstək göstərməyə davam edəcək və gələcəkdəki görüşlər vasitəsilə həm təhsil, həm də peşəkar inkişaf sahəsində daha sıx əməkdaşlıq qurulmasına şərait yaradacaqdır.