Hörmətli həmkarlar, əməkdaşlar və dəyərli tələbələr!
Sizi 31 Dekabr - Dünya Azərbaycanlılarının Həmrəylik Günü və qarşıdan gələn Yeni İl münasibətilə öz adımdan səmimi qəlbdən təbrik edirəm!
Bu əlamətdar gündə, birlik və həmrəylik duyğularımızı daha da möhkəmləndirərək, yeni ilin bizə və ölkəmizə yeni uğurlar, inkişaf və nailiyyətlər gətirməsini diləyirəm.
Odlar Yurdu Universitetinin və Odlar Yurdu Kollecinin bütün professor-müəllim heyətinə, əməkdaşlarına və tələbələrinə sağlamlıq, ailə səadəti, işlərində və təhsildə böyük uğurlar arzulayıram.
Bizim birliyimiz və hər birimizin kollektivə verdiyi töhfələr universitetimizin inkişafına mühüm təsir göstərir.
Əziz tələbələr, yeni ildə sizin təhsil yolunda daha böyük uğurlar, yeni biliklər və təcrübələr qazandığınızı görməkdən məmnunluq duyacağıq. Hər birinizin gələcəyi parlaq və həyatınızın hər anı uğurla dolu olsun.
Yeni ilin həmrəyliyimizi daha da gücləndirərək, təhsil və elm sahəsində yeni zirvələrə çatmağımıza imkan yaradacağına əminəm.
Yeni iliniz mübarək, xoşbəxt və uğurlu olsun!
Hörmətlə,
Professor Əhməd Vəliyev
Odlar Yurdu Universiteti rektoru