26 dekabr 2024-cü il tarixində, saat 12:00-da, Odlar Yurdu Universitetinin professor-müəllim heyəti və tələbələri, ölkə ərazisində elan edilmiş 1 dəqiqəlik sükutda iştirak edərək, faciəvi aviasiya qəzası nəticəsində həlak olmuş şəxslərin xatirəsini dərin ehtiramla yad etmişlər.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin sərəncamına əsasən, Azərbaycan Hava Yollarının Bakı-Qroznı reysini həyata keçirmiş təyyarənin Qazaxıstanın Aktau şəhəri yaxınlığında baş vermiş qəzasında həyatını itirmiş şəxslərin xatirəsinə hörmət olaraq ölkədə matəm günü elan edilmişdir.
Odlar Yurdu Universiteti professor-müəllim heyəti və tələbələri baş vermiş bu dəhşətli faciənin acısını dərin kədərlə bölüşmüş, həyatını itirmiş insanların ailələrinə və yaxınlarına başsağlığı ifadə etmişdir.
Allah rəhmət eləsin!