OYU-da “Zəfərin Dəmir İmzası” məntiq və bilik yarışının final mərhələsi keçirilmişdir

24 Dekabr, 2024

OYU-da “Zəfərin Dəmir İmzası” məntiq və bilik yarışının final mərhələsi keçirilmişdir

Odlar Yurdu Universitetində Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin doğum gününə həsr olunmuş “Zəfərin Dəmir İmzası” adlı məntiq və bilik yarışının final mərhələsi baş tutmuşdur.
Tədbir böyük maraqla izlənmiş və universitetin tələbələri arasında yüksək intellektual mübarizə yaşanmışdır.
Yarışda 1-ci yeri “Gənc Heydərçilər” komandası, 2-ci yeri “Qarabağ” komandası, 3-cü yeri isə “Dəmir Yumruq” komandası tutmuşdur. Hər üç komanda öz biliyi və məntiqi ilə yarışın final mərhələsinə yüksəlmiş, qalib gəlmək üçün əzmlə mübarizə aparmışdır.
Tədbir zamanı iştirakçılar müxtəlif sualları cavablandıraraq həm fərdi, həm də komandalar halında öz biliklərini nümayiş etdirmişlər. Tədbir zamanı musiqili pauza təşkil olunmuşdur.
Tədbirin sonunda isə iştirakçılar xatirə şəkli çəkdirmişlər. Bu əlamətdar anlar Odlar Yurdu Universitetinin tələbələrinin intellektual bacarıqlarını bir daha nümayiş etdirməyə və akademik mühitin gücünü qeyd etməyə şərait yaratmışdır.