OYU-nun təşkil etdiyi, Scopus-da indekslənən ICSEGT 2024 Konfransının məqalə toplusu "Networks and Systems" kitabında nəşr olunmuşdur

08 Yanvar, 2025

OYU-nun təşkil etdiyi, Scopus-da indekslənən ICSEGT 2024 Konfransının məqalə toplusu "Networks and Systems" kitabında nəşr olunmuşdur

Odlar Yurdu Universitetinin təşkilatçılığı ilə keçirilən və Scopus məlumat bazasında indekslənən “Ağıllı Ətraf Mühit və Yaşıl Texnologiyalar” adlı beynəlxalq elmi konfransın məqalə toplusu artıq Springer nəşriyyatı tərəfindən nəşr olunmuş və bu nəşr, dünya miqyasında ətraf mühitin qorunması, yaşıl texnologiyalar və davamlı inkişaf sahəsindəki elmi yenilikləri bir araya gətirən əhəmiyyətli bir topludur. Məqalələr, təbii resurslardan səmərəli istifadəsi, enerji effektivliyi, ekosistemlərin mühafizəsi və ağıllı texnologiyaların ətraf mühitə inteqrasiyası kimi mövzularda ən son elmi nailiyyətləri əks etdirir.
Məqalələrin Scopus bazasında indekslənməsi, OYU-nun beynəlxalq elmi mühitdəki mövqeyini daha da gücləndirir. Bu, universitetin həyata keçirdiyi elmi fəaliyyətin və onun qlobal miqyasda tanınmasının mühüm göstəricisidir. Universitetin təşkil etdiyi bu beynəlxalq tədbir, həmçinin Azərbaycanın elmi və akademik ictimaiyyətinin qlobal səviyyədə tanınması baxımından xüsusi əhəmiyyət kəsb edir.
Məqalə toplusunda ABŞ, Böyük Britaniya, Kanada, Çin, Pakistan, Rusiya və müxtəlif Avropa ölkələrindən olan alimlərin təqdim etdiyi tədqiqatlar yer alır, ümumilikdə isə 30 ölkədən 140 məqalə çap olunmuşdur və bunlardan 110-dan çoxu Azərbaycan alimlərinə aiddir.
Odlar Yurdu Universiteti bu elmi nəşri ilə yalnız ölkəmizin elmi cəmiyyətinin inkişafına töhfə verməklə qalmır, həm də beynəlxalq elmi mühitdə ətraf mühit və yaşıl texnologiyalar sahəsindəki tədqiqatların inkişafını dəstəkləyir. Bu nəşr həm akademik mütəxəssislər, həm də sənaye liderləri üçün vacib məlumat mənbəyi olmaqla yanaşı, gənc tədqiqatçılar üçün də dəyərli bir resurs təşkil edir. Məqalələr, bu sahənin müxtəlif aspektlərinə dair dərin biliklər təqdim edir və müasir tendensiyaları, innovasiyaları işıqlandırır. Xüsusilə, magistratura və PhD tələbələrimizin elmi tədqiqatları üçün faydalı olan bu nəşr, həm nəzəri, həm də praktik tətbiqləri birləşdirərək gənc tədqiqatçılara yeni istiqamətlər göstərir və onların tədqiqatlarını daha da zənginləşdirir. Bu da onların elmi inkişafına mühüm təsir göstərir.
Jurnalın dünyanın ən nüfuzlu beynəlxalq elmi nəşriyyatlarından olan Springer nəşriyatı tərəfindən nəşr olunması və Scopus bazasında indekslənməsi, həmçinin Azərbaycan elminin beynəlxalq səviyyədə tanınması və elmi əməkdaşlıqların genişlənməsi baxımından böyük əhəmiyyət daşıyır. Onlarla məqalə, Azərbaycan universitetləri ilə xarici universitetlərinin birgə araşdırmalarının nəticəsidir. Bu addım, Azərbaycan alimlərinin və tədqiqatçılarının elmi fəaliyyətlərinin dünya miqyasında tanınmasına və ölkənin elmi nüfuzunun artırılmasına xidmət edir. Odlar Yurdu Universiteti bu növ beynəlxalq elmi tədbirləri davam etdirərək, həm akademik sahədə, həm də sosial və iqtisadi inkişafın tərəqqisində mühüm rol oynamağa davam edəcək.
Hörmətli müəlliflər, aşağıdakı linklərə daxil olaraq adınızı "Search within this book" bölməsinə yazıb məqalənizlə tanış ola bilərsiniz.

Volume 1 (Link)

Volume 2 (Link)