Odlar Yurdu Universitetində qış imtahan sessiyası uğurla davam edir

13 Yanvar, 2025

Odlar Yurdu Universitetində qış imtahan sessiyası uğurla davam edir
Odlar Yurdu Universitetində 2024/2025-ci tədris ilinin payız semestrinə aid qış imtahan sessiyası planlaşdırıldığı kimi uğurla davam edir. İmtahanlar əvvəlcədən təsdiq edilmiş cədvələ əsasən keçirilir və tələbələrin bilik və bacarıqlarını obyektiv şəkildə qiymətləndirməyə yönəlib.
İmtahan sessiyası çərçivəsində universitetdə video çəkilişlər aparılmış və tələbələrdən imtahan prosesi ilə bağlı fikirlər öyrənilmişdir. Tələbələr imtahanların yüksək səviyyədə təşkilini və sualların tədris materiallarına uyğunluğunu vurğulamış, bu cür proseslərin onların biliklərini düzgün əks etdirməsinə şərait yaratdığını ifadə etmişlər. Bununla yanaşı, bəzi tələbələr imtahanlarla bağlı təkliflərini də səsləndirərək, tədris və qiymətləndirmə prosesinin daha da təkmilləşdirilməsinə dəstək olublar.
Odlar Yurdu Universiteti tələbə mərkəzli bir universitet olduğundan, tələbələrin fikirlərinə böyük önəm verir.