Odlar Yurdu Universiteti məzununun növbəti uğuru

14 Yanvar, 2025

Odlar Yurdu Universiteti məzununun növbəti uğuru

Odlar Yurdu Universitetinin məzunu Budaqova Ayşən Tarzən qızı, “Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin 10 illiyi (2012-2022)” yubiley medalı ilə təltif olunmuşdur. Bu mükafat, ASAN Xidmət sisteminin müasir inkişafına verdiyi mühüm töhfələr və ictimai xidmətlərin şəffaf, səmərəli şəkildə həyata keçirilməsindəki əzmkarlığı üçün təqdim edilmişdir.
Məzunumuz Ayşən Budaqovanın bu mükafata layiq görülməsi, həm onun şəxsi peşəkarlığının, həm də Odlar Yurdu Universitetinin təhsil keyfiyyətinin təcəssümüdür. Bu nailiyyət, ölkəmizin inkişafına xidmət edən gənc kadrların yetişdirilməsində universitetimizin rolunu bir daha vurğulayır.
Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyevin rəhbərliyi altında həyata keçirilən islahatlar və ölkədəki inkişaf prosesi, gənclərin dövlət xidmətlərində aktiv iştirakını stimullaşdıraraq, onlara daha yüksək vəzifələrdə xidmət etmə imkanı yaradır. Ayşən Budaqova da bu inkişafın bir parçası olaraq öz peşəkar fəaliyyətində uğurla irəliləyir.
Bu münasibətlə Ayşən xanımı Odlar Yurdu Universiteti adından təbrik edir, ona gələcək fəaliyyətində yeni uğurlar arzulayırıq!