Odlar Yurdu Universitetinin Startap və inkubasiya mərkəzinin təşəbbüsü ilə tələbələrimiz üçün "Startap nədir?" mövzusunda təlim keçirilmişdir. Təlim mərkəzin rəhbəri Rəvanə Göyüşlü tərəfindən aparılmışdır.
Təlimdə iştirakçılar uğurlu startap təsisçilərinin təcrübələri, komanda quruculuğu prinsipləri və sahibkarlıq sahəsində mövcud imkanlarla tanış olmuşdur. Təlim çərçivəsində Odlar Yurdu Universitetində startapların yaradılması və idarə olunması üzrə praktik biliklər təqdim edilmişdir.
Biznes ideyaları olan və ya startaplarla maraqlanan tələbələr üçün bu təlim sahibkarlıq sahəsində ilk addımları atmaq üçün dəyərli məsləhətlər və mentor dəstəyi təqdim etmişdir. Tədbir interaktiv müzakirələrlə yekunlaşmış, iştirakçıların sualları cavablandırılmışdır.
Rəvanə Göyüşlü, sonda tələbələrə Odlar Yurdu Universitetinin Startap və inkubasiya mərkəzinin fəaliyyət istiqamətləri və burada yaradılan imkanlar barədə geniş məlumat vermişdir.
Bu cür təlimlər Odlar Yurdu Universitetinin tələbələrini uğurlu startap qurucuları kimi formalaşdırmaq və innovativ ideyalarını həyata keçirmək üçün zəruri bilik və təcrübə ilə təmin etmək məqsədi daşımaqdadır.