Odlar Yurdu Universiteti alimlərinin beynəlxalq konfransda növbəti elmi naliyyətləri

10 Sentyabr, 2022

Odlar Yurdu Universiteti alimlərinin beynəlxalq konfransda növbəti elmi naliyyətləri

 

2022-ci il 26-27 avqust tarixlərində Avropanın Monteneqro Respublikasında keçirilən yüksək səviyyəli beynəlxalq “15th International Conference on Applications of Fuzzy Systems, Soft Computing and Artificial Intelligence Tools (ICAFS-2022)” Monteneqronun Budva şəhərində keçirilmişdir.

Odlar Yurdu Universitetinin əməkdaşlarından OYU-nun elm və İnnovasiyalar üzrə prorektoru professor Tərlan Abdullayev, beynəlxalq əlaqələr və keyfiyyətin təminatı üzrə prorektoru professor Fəxrəddin Məmmədov, professor Ramiz Ələkbərov, dosent Rahib İmamquluyev, dosent Sadiq Məmmədli, doktorant Aysel Əliyeva, doktorant Vüqar Salahlı konfransda iştirak etmişdilər.

Konfransda qəbul edilmiş məqalələr Scopus bazası və WEB of Science ilə indekslənən “Lecture notes in network and systems” kitab seriyasında nəşr ediləcəkdir.

2022-ci il 09 sentyabr tarixində Odlar Yurdu Universitetində “15th International Conference on Applications of Fuzzy Systems, Soft Computing and Artificial Intelligence Tools (ICAFS-2022)” konfransında iştirak edən əməkdaşların iclası oldu. Konfransla əlaqədar fikir mübadiləsi aparılmışdır.

İclasın sonunda ”ICAFS-2022” sədr müavini, OYU-nun beynəlxalq əlaqələr və keyfiyyətin təminatı üzrə prorektoru, professor Fəxrəddin Məmmədov konfrans iştirakcılarına sertifikatlar təqdim etmişdir.