OYU professorunun məqaləsi Web of Science indeksli beynəlxalq jurnalda dərc olunmuşdur

04 Fevral, 2025

OYU professorunun məqaləsi Web of Science indeksli beynəlxalq jurnalda dərc olunmuşdur
Odlar Yurdu Universitetinin Psixologiya, pedaqogika və sosial fənlər kafedrasının müdiri, psixol.e.d., professor Rəşid Cabbarovun “The Effect of Social Media Addiction on Students' Self-Confidence” adlı elmi məqaləsi Web of Science indeksli Community Empowerment through Education, Technology and Infrastructure jurnalında nəşr olunmuşdur.
Bu məqalə sosial media asılılığının tələbələrin özünəinamına təsirini araşdırmış və müasir psixologiya elminə mühüm töhfə vermişdir. Tədqiqat nəticələri, sosial-psixoloji problemlərin daha dərindən öyrənilməsinə elmi əsaslar yaratmış və akademik mühitdə geniş maraq doğurmuşdur.
Odlar Yurdu Universiteti elmi tədqiqatların inkişafına və beynəlxalq akademik inteqrasiyaya xüsusi önəm vermişdir. Universitetin professor-müəllim heyətinin nüfuzlu elmi jurnallarda məqalələrinin dərc olunması, ali təhsil ocağının akademik potensialını və beynəlxalq elmi dairələrdə tanınmasını bir daha sübut etmişdir.
Professor Rəşid Cabbarov bu uğuru ilə Odlar Yurdu Universitetinin elmi fəaliyyətinə dəyərli töhfə vermiş, beynəlxalq akademik platformada öz tədqiqatını təqdim etmişdir.
Onu bu mühüm nailiyyəti münasibətilə təbrik edir və gələcək elmi fəaliyyətində yeni uğurlar arzulayırıq!