Odlar Yurdu Universitetinin təşkilatçılığı ilə Scopusda indekslənən "2nd International Conference on Smart Environment and Green Technologies – ICSEGT 2025" adlı beynəlxalq elmi konfrans keçiriləcək.
Tarix: 29-30 may 2025
Məkan: The Ritz-Carlton, Baku
Format: Hibrid (fiziki və virtual iştirak)
- Ekologiya və biomüxtəlifliyin qorunması
- Ağıllı ətraf mühit və ekosistemlər
- İqlim dəyişikliyi və qlobal istiləşmə
- Bərpa olunan enerji və yaşıl texnologiyalar
- Uzaqdan zondlama və təsvirlərin işlənməsi
- Yaşıl iqtisadiyyat və davamlı inkişaf
- Davamlı öyrənmə və yaşıl təhsil
- Ətraf mühitin qorunması, tullantı sularının təmizlənməsi və davamlı qərarlar
- Süni intellekt (AI) metodlarının tətbiqi
- Süni neyron şəbəkələrinin (ANN) tətbiqi
- Ətraf mühitdə qeyri-müəyyənliyin idarə edilməsi
- Qeyri-səlis məntiqin ətraf mühit və ekoloji proseslərdə tətbiqi
- Ətraf mühit və yaşıl texnologiyalarda riyazi tətbiqlər (modelləşdirmə, simulyasiya, statistika, optimallaşdırma, ədədi üsullar, hesablama riyaziyyatı)
- Sensorlar, ağıllı robotlar və elektron cihazlar
- Ağıllı və ekoloji təmiz farmakologiya
- Ətraf mühit kimyası
- Əşyaların interneti (IoT) ilə işləyən sənaye və kənd təsərrüfatı kiber-fiziki sistemləri
- Ağıllı biotibbi sistemlər və xidmətlər
- Ekoloji təmiz istehsal və sənaye prosesləri
- Dəqiq kənd təsərrüfatı və ağıllı fermer texnologiyaları
- Biotexnologiya, nanotexnologiya və biomühəndislikdə müasir çağırışlar və innovasiyalar
- Davamlı memarlıq, rəqəmsal incəsənət və şəhər dizaynı
- Biofizika, bioinformatika və neyrologiyada müasir trendlər
- Təkmilləşdirilmiş və davamlı materiallar
- Ağıllı nəqliyyat və naviqasiya sistemləri
Konfransa xaricdən dəvət olunmuş və plenar iclasda çıxış edəcək alimlərin H indeksi 80-140 arasındadır.
Tədbirdə 30-dan çox ölkədən alim və tədqiqatçıların iştirakı gözlənilir.
Ətraflı məlumat və qeydiyyat üçün:
Veb sayt: icsegt2025.com
Email: [email protected]
Facebook: Odlar Yurdu Universiteti
Instagram: @oyu_edu
Əlaqə: 055-465-85-27