Odlar Yurdu Universitetinin tələbəsinin növbəti uğuru

19 Fevral, 2025

Odlar Yurdu Universitetinin tələbəsinin növbəti uğuru
Odlar Yurdu Universitetinin Psixologiya ixtisasının 3-cü kurs tələbəsi Gülcan Nərimanlı Psixologiya Elmi-Tədqiqat İnstitutunda keçirilmiş könüllü fəaliyyət proqramını uğurla tamamlamış və sertifikata layiq görülmüşdür!
Bu proqram çərçivəsində Gülcan psixoloji tədqiqat metodları, fərdi və qrup psixoloji xidmətlərinin təşkili, emosional və davranış problemlərinin qiymətləndirilməsi üzrə dəyərli biliklər əldə etmişdir. O, real praktik vəziyyətlərdə müşahidə aparmış, psixoloji analizlər etmiş və insan psixikasının müxtəlif aspektlərini öyrənmək imkanı qazanmışdır. Könüllü fəaliyyət sayəsində o, praktiki bacarıqlarını artırmış və psixoloq kimi professional inkişafına mühüm töhfə vermişdir.
Gələcəkdə də bilik və bacarıqlarını daha da təkmilləşdirərək psixologiya sahəsində uğurlar qazanacağına inanırıq!
Gülcanı bu nailiyyəti münasibətilə təbrik edir, ona uğurlar arzulayırıq!
Odlar Yurdu Universiteti tələbələrinin akademik və peşəkar inkişafını hər zaman dəstəkləyir və onların uğurları ilə qürur duyur!