Odlar Yurdu Universiteti Tələbə Gənclər Təşkilatının sədr seçkiləri başlayır!
28 Fevral, 2025
Əziz tələbələr!
Odlar Yurdu Universiteti Tələbə Gənclər Təşkilatının sədr seçkiləri başlayır! Əgər siz də təşəbbüskar, liderlik keyfiyyətlərinə malik və universitet həyatına dəyər qatmaq istəyən birisinizsə, namizədliyinizi irəli sürmək üçün əla fürsətiniz var! Namizədlər üçün tələblər: - Universitetdə təhsilinin sonuncu ilində olmamalıdır; - Tələbə Gənclər Təşkilatlarında aktiv ictimai fəaliyyət keçmişi olan namizədlər müsahibə mərhələsində üstünlük qazanacaqlar. Sədrliyə namizədlik üçün təqdim olunmalı sənədlər: - Namizədin platforması (sosial mediada paylaşılacaq); - CV; - Tərcümeyi-hal; - Motivasiya məktubu; - Şəxsiyyət vəsiqəsinin hər iki üzünün surəti. Son müraciət tarixi: 2 mart 2025 Qeydiyyat linki: https://forms.gle/UYbDiKFkWPPKL6uYA
Özünü lider kimi görən hər bir tələbəni bu seçkilərdə iştirak etməyə dəvət edirik! Gələcəyin uğurlu tələbə təşkilatını birlikdə formalaşdıraq!