Novruzun ikinci çərşənbəsi – Od Çərşənbəsi istilik, həyat enerjisi və saflıq rəmzidir. Od qədimdən müqəddəs sayılmış, insanları pisliklərdən təmizləyən, yeni başlanğıclara yol açan ilahi bir qüvvə kimi qəbul edilmişdir. Bu günün hər birinizə ruhən yenilənmə, qəlbinizə sevgi və işıq gətirməsini diləyirik.
Qoy çərşənbənin alovu sizə yeni enerji, əzmkarlıq və uğur bəxş etsin! Elmdə, bilikdə və yaradıcılıqda daim irəliləyəsiniz, ideyalarınız od kimi parlayıb yeni zirvələrə yol açsın. Qoy arzu və niyyətləriniz tonqalın alovunda təmizlənib gerçəyə çevrilsin, uğurlarınız Odlar Yurdu Universitetinin adını ucaltsın.