YAP-ın təşkilatçılığı ilə “Konstitusiya və Suverenlik ili”nə həsr olunmuş tədbir keçirilmişdir

05 Mart, 2025

YAP-ın təşkilatçılığı ilə “Konstitusiya və Suverenlik ili”nə həsr olunmuş tədbir keçirilmişdir
Yeni Azərbaycan Partiyasının (YAP) təşkilatçılığı ilə “Konstitusiya və Suverenlik ili” çərçivəsində “Bəsirətin Zəfəri” mövzusunda tədbir keçirilmişdir. Tədbirdə Milli Məclisin deputatı, professor Samir Vəliyevin “Bəsirətin Zəfəri” kitabının təqdimatı da baş tutmuşdur.
Əvvəlcə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilmiş, ardınca Ümummilli Lider Heydər Əliyevin və Vətənimizin ərazi bütövlüyü, suverenliyi uğrunda canlarını fəda etmiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilmişdir.
Tədbirdə YAP Sədrinin müavini – Mərkəzi Aparatın rəhbəri Tahir Budaqov, Odlar Yurdu Universitetinin rektoru, professor Əhməd Vəliyev, Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti, akademik İsa Həbibbəyli, YAP İdarə Heyətinin üzvü, Milli Məclisin Elm və təhsil komitəsinin sədri Anar İsgəndərov, Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədri Arzu Nağıyev və Milli Məclisin deputatı, professor Samir Vəliyev çıxış etmişlər.
Sonda Yeni Azərbaycan Partiyasının Himni Azərbaycan Respublikasının Xalq artisti, tanınmış tenor və opera ifaçısı Samir Cəfərov tərəfindən ifa edilmişdir.