Odlar Yurdu Kollecində 2017-2018-ci tədris ilinin yekunlarına həsr olunmuş valideyn iclası keçirildi

11 Noyabr, 2018

Odlar Yurdu Kollecində 2017-2018-ci tədris ilinin yekunlarına həsr olunmuş valideyn iclası keçirildi

İclasda kollec rəhbərliyi tədris ilinin nəticələri və qarşıya qoyulan məqsədləri valideynlərin diqqətinə çatdırdı. Tələbələrin dərsə davamiyyəti və kollecdə keçirilən monitorinqlərin nəticələri barədə valideynlər məlumatlandırıldı.

Kollecin direktoru Günel Cəfərova, tələbələrin təhsildə uğurlu nəticələr əldə etməsi üçün valideynlərlə olan əlaqələrin nə qədər böyük əhəmiyyətə malik olduğunu vurğuladı. O, dərsə davamiyyətin, elmə marağın və kollecin daxili nizam-intizam qaydalarının qorunmasında görülən işlərdən danışdı.

İclasın sonunda, kollec rəhbərliyi tərəfindən valideynləri maraqlandıran suallar cavablandırıldı.